25 İyun 2015 22:36
539
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Milli Elmlər Akademiyası Genetik Ehtiyatlar İnstitutunun Subtropik bitkilər və üzüm laboratoriyasının müdiri, aqrar elmlər üzrə fəlsəfə doktoru Mirzə Musayev bu ilin iyun ayında İtaliyanın Bolonya şəhərində keçirilən "Alma bitkisinin Qlobal Mühafizə Strategiyası" mövzusunda beynəlxalq toplantıda Azərbaycanı təmsil edib.

Genetik Ehtiyatlar İnstitutunun ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, Bitki Genetik Ehtiyatları üzrə Qlobal Etimad Fondunun təşkilatçılığı və bir sıra digər beynəlxalq təşkilatların iştirakı ilə keçirilən tədbirdə Mirzə Musayev ölkəmizdə mövcud olan tumlu (əsasən alma) və digər meyvə bitkilərin yabanı nümunələri və xalq seleksiya sortlarının biomüxtəlifliyi haqqında geniş məlumat verib.


Müəllif:

Oxşar xəbərlər