İyunun 25-də Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 40-60, Kiçik Qafqazın çaylarında 30-60, Lənkəran-Astara bölgəsi çaylarında 50-110, Naxçıvan Muxtar Respublikası çaylarında isə 10 faizini təşkil edib.
Bu barədə Teleqraf.com-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən məlumat verilib.
Məlumatda bildirilir ki, Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində dəyişiklik baş verməyib, Qanıx çayının Əyriçay məntəqəsində isə 1 santimetr azalma müşahidə olunub.
Kür çayının aşağı axınında da suyun səviyyəsində mühüm dəyişiklik qeydə alınmayıb. Araz çayının Novruzlu məntəqəsində suyun səviyyəsinin 2 santimetr azaldığı müəyyən edilib.
Hazırda suyun səviyyəsi Kür çayının aşağı axınındakı məntəqələrdə - Surrada 321, Şirvanda 157, Salyanda 78, Bankədə 175, Novruzlu məntəqəsində isə 36 santimetrdir.