30 İyun 2015 00:52
695
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-ın "Discovery Communications" media holdinqi 2018-2024-cü illər ərzində keçiriləcək Olimpiya Oyunlarını yayımlamaq üçün Beynəlxalq Olimpiya Komitəsinin keçirdiyi tenderin qalibi olub.

Trend-in "İnterfaks" agentliyinə istinadən verdiyi məlumata görə, yayım müqaviləsinin qiyməti 1,3 milyard avrodur.

Müqaviləyə əsasən, holdinq hər Yay olimpiadasından ən azı 200, Qış olimpiadasından isə 100 saatlıq pulsuz yayım həyata keçirməlidir.

Yarışların böyük hissəsini "Eurosport" telekanalı göstərəcək.


Müəllif:

Oxşar xəbərlər