4 İyul 2015 01:38
668
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gürcüstan futbol klubu "Dinamo Tbilisi" iyulun 2-si "Qəbələ" klubu ilə keçirilən oyundan sonra özünün rəsmi "Facebook" səhifəsində açıqlama verib.

Trend-in məlumatına görə açıqlamada deyilir:

"İlk növbədə qeyd etmək istəyirik ki, klub tam şəkildə dünən baş verən hadisədən peşmançılıq hissi keçirir və bu hadisə ilə razılaşmadığını bildirir. Dünənki hadisə zamanı fiziki təzyiq və daha sonra Gürcüstanın dostu olan ölkənin dövlət simvolikasının təhqirinə yol verildi.

Hadisə oyundan sonra Dinamo Arenadan kənarda baş verib və müvafiq olaraq – Dinamo Tbilisi, təşkilatçi kimi, bu fakt üzrə cavabdehliyi öz üzərinə götürə bilməz.

İkinci yarusda olan banerlərdən birinə gəldikdə isə, onun haqqında stadionun təhlükəsizlik xidməti operativ tədbirlər gördü və bu banerin tribunalardan uzaqlaşdırılması baş verdi.

Qeyd etmək istəyirik ki, oyunun rəsmi proqramında biz dəfələrlə qeyd etdik ki, Dinamo tarixində Azərbaycan futbolunun böyük dəyəri var və qonşu ölkənin komandası ilə rəqabət bizim üçün yüksək dərəcədə böyük şərəfdir.

Ümid edirik ki, oxşar faktlar iki dost ölkənin münasibətlərinə və onların idman keçmişinə, hazırki dövrünə və gələcəyinə maniəçilik törətməyəcək."


Müəllif:

Oxşar xəbərlər