4 İyul 2015 12:36
711
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Facebook” şirkətinin təsisçisi Mark Sukerberq inkişaf etməkdə olan ölkələri internet bağlantısı ilə təmin edəcək pilotsuz uçan aparatlar üçün lazer ötürücüsünü nümayiş etdirib.

Bu barədə Trend Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin saytına istinadən məlumat verir.

M.Sukerberq qeyd edib: “Biz pilotsuz uçan aparatların və peyklərin mövcud simsiz şəbəkələrdən kənarda məskunlaşan bir milyard insanı internetə qoşmaq üçün bizə verə biləcək imkanları nəzərdən keçiririk”.

Onun sözlərinə görə, “Facebook” planetin ucqar regionlarında məlumatların ötürülməsi üçün ənənəvi qoşulmanı təmin edə biləcək lazer rabitə sisteminin hazırlanması ilə məşğuldur. Texnologiya uzaq məsafələrə məlumat mübadiləsinin sürətini xeyli artırmağa imkan verəcək. Lazer şüalarını Yerə pilotsuz uçan aparatlar ötürəcək.

Yeni texnologiyaların hazırlanması və təkmilləşdirilməsi ilə "Connectivity Lab” bölməsi məşğuldur. Alternativ rabitə kanallarından “Facebook” tərəfindən işə salınan "Internet.org” layihəsi çərçivəsində istifadə etmək planlaşdırılır. Fondun işinin əsas məqsədi dünyada beş milyard insanın (burada söhbət Afrikanın yoxsul əhalisindən gedir) internetə pulsuz çıxışını təmin etməkdir.

“Internet.org” layihəsinə artıq Malavi, Qvatemala, Kolumbiya, Qana, Zambiya, Tanzaniya, Keniya, Hindistan, Banqladeş, İndoneziya və Filippin qoşulub.

Layihədə “Samsung Electronics”, “Qualcomm”, “Ericsson”, “Nokia”, “MediaTek” və “Opera Software” şirkətləri də iştirak edir və beləliklə, təşəbbüsü bazarın müxtəlif seqmentinin şirkətləri dəstəkləyir.

M.Sukerberq bildirib ki, inkişaf etməkdə olan ölkələrdə insanların internetə və biliklər iqtisadiyyatına qoşulması üçün çoxlu əngəllər var: “Interget.org” bu maneələrin dəf edilməsinə yönələn qlobal tərəfdaşlıqdır. Biz çalışacağıq ki, hazırda internetdən yararlanmaq imkanından məhrum olan insanları çıxışla təmin edək”.

Sosial şəbəkə internetə çıxış imkanlarını artırmaq üçün infrastruktur həllərə orta hesabla 1 milyard dollar xərcləyib və daha çox vəsait sərf etməyi nəzərdə tutur. Layihənin ilkin məqsədi 5-10 il ərzində mobil internet xidmətlərinə görə xərcləri hazırkı dəyərindən 1 faiz azaltmaqdır.


Müəllif:

Oxşar xəbərlər