6 İyul 2015 22:36
630
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin Samsun Ondokuz Mayıs Universitetinin torpaq elmləri fakültəsinin alimləri Ridvan Kızılkaya, Tayfun Aşkın və Coşqun Gülser Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Aqrar Elmlər Bölməsinin rəhbərliyi ilə görüşüblər.

AMEA-dan Teleqraf.com-a bildirilib ki, qonaqlar əvvəlcə bölmənin fəaliyyəti ilə tanış olublar.

Görüşdə 2018-ci ildən başlayaraq üç il müddətinə rəhbərliyi Azərbaycana keçən Avrasiya Torpaqşünaslıq Cəmiyyətləri Federasiyası (Federation of Eurasian Soil Science Societies) ilə bağlı məsələlər müzakirə edilib.

Federasiyanın fəaliyyətində bölmənin işini yüksək dəyərləndirən qonaqlar 2018-ci ildən etibarən Aqrar Elmlər Bölməsinin akademik-katibi, akademik Qərib Məmmədovun rəhbərlik edəcəyi federasiyanın daha böyük uğurlar qazanacağına əminliklərini bildiriblər.

Sonra bölməyə daxil olan Torpaqşünaslıq və Aqrokimya İnstitutunun fəaliyyət istiqamətləri, burada aparılan tədqiqatlar, elmi əlaqələrin qurulması məsələləri müzakirə edilib.


Müəllif:

Oxşar xəbərlər