7 İyul 2015 14:27
1 180
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dövlət Sərhəd Xidmətinin rəisi – Sərhəd Qoşunlarının komandanı, general-polkovnik Elçin Quliyev iyulun 9-da Xudat Sərhəd Dəstəsində Quba, Qusar, Xaçmaz və Şabran rayonlarının sakinlərini qəbul edəcək.

Qəbulda iştirak etmək istəyən şəxslərdən xahiş olunur ki, onları maraqlandıran sualları iyulun 7-dək Dövlət Sərhəd Xidmətinin rəsmi saytında (www.dsx.gov.az) yerləşdirsinlər.

Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzindən Teleqraf.com-a bildiriblər ki, qeydiyyat üçün 012-498-01-55 və 012-498-01-69 nömrəli telefonlarla əlaqə saxlanılması və ya Xudat şəhərində yerləşən Xudat Sərhəd Dəstəsinə müraciət edilməsi xahiş olunur.


Müəllif:

Oxşar xəbərlər