9 İyul 2015 20:45
891
12 Punto 14 Punto 16 Punto 18 Punto

Iyulun 10- 11-i saat 14:00-da Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Rəyasət Heyəti aparatının İctimaiyyətlə əlaqələr və elmin populyarlaşdırılması idarəsinin təşkilatçılığı ilə Şamaxı Astrofizika Rəsədxanasında “Azərbaycan Milli Elmlər Akademiyasının sosial siyasət və təbliğat kampaniyası-2015” layihəsi çərçivəsində “Science Activity-2015” adlı Yay məktəbi keçiriləcək.

Teleqraf.com xəbər verir ki, tədbir AMEA-nın və elmin kütləvi təbliği işində səmərəliliyi artırmaq, həmçinin Akademiya ilə əməkdaşlıq edən jurnalistlərin bu işə daha da stimullaşdırılması məqsədi ilə təşkil olunur. Eyni zamanda yay məktəbinin ikinci günündə iştirak edən jurnalistlərin sertifikatla mükafatlandırılması nəzərdə tutulur. Bütün xərclər AMEA tərəfindən qarşılanır.


Müəllif: