10 İyul 2015 15:17
663
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanın təhsil naziri Mikayıl Cabbarov Təhsil Nazirliyi (TN) nəzdində fəaliyyət göstərən idman məktəblərindən I Avropa Oyunlarında uğur qazanmış idmançılarla görüşüb.

Trend-in məlumatına görə, M.Cabbarov görüş zamanı deyib ki, I Avropa Oyunlarında ölkəmizi təmsil edən idmançılardan 24 nəfəri Təhsil Nazirliyi sistemində fəaliyyət göstərən uşaq-gənclər idman məktəblərinin yetirmələri və həmin məktəblərdə çalışan məşqçi müəllimlərdir: "Onlar 7 idman növü üzrə mübarizə aparıblar. Qürurverici haldır ki, Azərbaycan idmancıları ümumilikdə 56 medal qazanaraq ölkəmizin bayrağını yüksəklərə qaldırıb II yeri tutmağa nail olublar".

M.Cabbarov qeyd edib ki, Oyunların təşkilində və keçirilməsində TN-nin təşkilatçılığı ilə 17 ali məktəb və 15 kollecdən 14 minə yaxın tələbə könüllü kimi iştirak edib. Nazirin sözlərinə görə, könüllülər arasında SABAH qruplarının uğurlu fəaliyyəti qeyd olunmalıdır.

Nazir sonra bildirib ki, I Avropa Oyunlarının təcrübəsini, könüllülətin iştirakını nəzərə alaraq, bu il dekabrın 5-də Beynəlxalq Könüllülər Günündə Tələbə-Könüllülərin Respublika Forumunun keçirilməsi nəzərdə tutulub. Forumun məqsədi tələbə-könüllülərin təşkilatlanması, beynəlxalq miqyaslı kütləvi tədbirlərin təşkili və keçirilməsində tələbələrin fəal iştirakının təmin olunması, onların bacarıqlarının inkişaf etdirilməsidir.


Müəllif:

Oxşar xəbərlər