10 İyul 2015 15:48
889
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Yeni Üfüq” Mənəvi İrsin Təbliği İctimai Birliyi müqəddəs Ramazan ayında paytaxt və rayonlarda xeyriyyə aksiyalarını davam etdirir.

Birlikdən verilən məlumata görə, təşkilatın rəhbərliyi bu gün Qarabağ qazilərini ziyarət edib. Görüşdə Qarabağ Seyyid Ocaqlarının rəhbəri, şərqşünas Seyid Camal Əzimbəyli çıxış edərək, qəhrəman Qarabağ qazilərinin məmləkətin ən çox haqq sahibləri olduğunu bildirib. O, müqədddəs Ramazan ayında “Yeni Üfüq”ün ardıcıl olaraq həyata keçirdiyi belə xeyriyyə aksiyalarının cəmiyyəti yardımlaşmaya təşviq etdiyini söyləyib.

“Qarabağ Qaziləri” İctimai Birliyinin sədri Etimad Əsədov qazilər adından çıxış edərək “Yeni Üfüq” Mənəvi İrsin Təbliği İctimai Birliyinin sədri Sevinc Əzimbəyliyə təşəkkür edib. O, S.Əzimbəylini hər zaman şəhid və qazi ailələrinə xüsusi diqqət göstərdiyini söyləyib.

Sonda gənc yazar Mirbəhram Əzimbəyli çıxış edib: "Bu gün bəzi gənclərimiz ən bahalı restoranlarda, ən son model maşınlarla şəkillər çəkdirib atalarının hesabına qürurlanırlar. İstərdik biləsiniz ki, bizim fəxr yerimiz sizsiniz, şəhid ailələri, Qarabağ qaziləridir".

Sonda qazilərə “Yeni Üfüq”ün bayram öncəsi Ramazan sovqatı paylanılıb.

BƏXTİYAR


Müəllif: