10 İyul 2015 20:05
711
12 Punto 14 Punto 16 Punto 18 Punto

Prezident İlham Əliyevin tapşırıq və tövsiyələrinə əsasən mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri respublikamızın şəhər və rayonlarında vətəndaşların qəbulunu davam etdirir, onların arzu və təkliflərinin operativ həlli istiqamətində lazımi tədbirlər görürlər.

Əvvəlcədən tərtib edilən qəbul cədvəlinə uyğun olaraq rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov iyulun 10-da Ucar şəhərində vətəndaşları qəbul edib. Ucar Telekommunikasiya Qovşağında keçirilən və nazirliyin müvafiq struktur rəhbərlərinin də iştirak etdikləri qəbulda Ucar, Zərdab, Kürdəmir və Ağdaş rayonlarından olan vətəndaşların müraciətlərinə baxılıb.

Müraciətlərin operativ araşdırılması və həlli üçün qəbulun keçirildiyi Ucar Telekommunikasiya Qovşağında rayonların poçt və telekommunikasiya qovşaqlarının rəhbərləri ilə videobağlantı da yaradılıb.

Qəbula gələn vətəndaşlar əsasən əhaliyə göstərilən telekommunikasiya, internet, poçt, radio və televiziya yayım xidmətlərinin keyfiyyəti, bu sahədə onları maraqlandıran məsələlərlə əlaqədar, habelə işlə təmin olunma və sair barədə müraciətlər ediblər.

Hər bir müraciət nazir tərəfindən diqqətlə dinlənilib. Qaldırılan məsələlərin əksəriyyəti yerindəcə həllini tapıb. Araşdırılmağa ehtiyac olan bir sıra müraciətlər isə qeydiyyata götürülüb, onların operativ həlli üçün nazirliyin müvafiq struktur rəhbərlərinə tapşırıqlar verilib. Nazirliyin səlahiyyətlərinə aid olmayan müraciətlər isə aidiyyəti üzrə çatdırılması üçün qeydiyyata alınıb.

Qəbuldan sonra nazir Əli Abbasov jurnalistlərə nüsahibə verib.

Qəbula gələn vətəndaşlar yaradılan şərait üçün razılıqlarını bildirib, yerlərdə bu cür qəbulların keçirilməsinin təşəbbüsçüsü olan dövlətimizin başçısına minnətdarlıq ediblər.


Müəllif:

Oxşar xəbərlər