13 İyul 2015 12:45
542
12 Punto 14 Punto 16 Punto 18 Punto

Britaniyanın Sülh və Müharibəni İşıqlandırma İnstitutunun Azərbaycana qarşı qərəzli mövqeyi bu dəfə Jurnalist Ekspert Mərkəzininin(JEM) "Diqqət! Düşmən mətbuatıdır" layihəsinə verdiyi qeyri-obyektiv qiymətlə diqqəti cəlb etdi. JEM-in İdarə Heyətinin sədri Nicat Dağların cavab açıqlamasından sonra bir daha məlum oldu ki, bəzi beynəlxalq təşkilatlar kimi, Böyük Britaniyanın Sülh və Müharibəni İşıqlandırma İnstitutunun da məqsədi heç bir məntiqə söykənmədən Azərbaycandakı vətəndaş cəmiyyətinin faəliyətini aşağılamağa yönəlib".

Bu fikirləri JEM-in sədri Ceyhun Musaoğlu əməkdaşımızla söhbətində bildirib. C.Musaoğlu deyib ki, Azərbaycana qarşı qərəzli mövqe tutan beynəlxalq təşkilatları sona qədər qandırmaq çox vacibdir: "Biz İdarə Heyətinin sədri adından yayılan Azərbyacan dilindəki açıqlamanı ingilis dilinə çevirdik. Birinci yazı Azərbaycan ictimaiyyəti üçün ünvanlamışdı. Çünki, məlum və məşum İnstitutun hazırladığı primtiv xarakterli yazını hazırlayan da, yazıda mövqe sərgiləyən də özünü jurnalist adlandıran həmvətənlərimiz idi. İndi isə JEM-in rəsmi açıqlamasını öz dillərində həmin institutun və jurnalistika ilə əlaqəli başqa beynəlxalq təşkilatların ünvanlarına göndərdik. Qoy Azərbaycana qarşı qərəzli olan bütün beynəlxalq təşkilatlar bilsin ki, onların bir "arqumentinə" 10 arqumentlə cavab verməyə hazırıq və bacarırıq. Missiyamızı bundan sonra da davam etdirəcəyik. Azərbaycana yönələn təhdidlərin qarşısında həmişə varıq, çünki, ölkəmizi ailəmiz hesab edirik. Necə ki, heç kim ailəsinə kənar müdaxiləyə imkan verməz, eləcə də Azərbaycana məkrli niyətlə barmaq uzadanalara məqsədlərinə çatmağa imkan verməməliyik".

Xatırladaq ki, JEM-in həyata keçirdiyi “Duqqət! Düşmən mətbuatıdır” layihəsi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası tərəfindən maliyyələşdirilir.


Müəllif:

Oxşar xəbərlər