18 İyul 2015 00:05
505
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Azərbaycanda müqəddəs Ramazan bayramıdır.

Teleqraf.com xəbər verir ki, bayram namazı, Allahın izni ilə, bu gün qılınacaq.

Qafqaz Müsəlmanları İdarəsi (QMİ) Qazılar Şurasının fətvasına əsasən Ramazan ayı bu il Azərbaycanda miladi təqvimi ilə iyunun 18-də başlayıb. Eydül-Fitr (Fitr bayramı) isə miladi təqvimi ilə iyulun 18-nə təsadüf edir.

Namazın vaxtı “Təzəpir” məscidində səhər saat 10.00, Əjdərbəy məscidində isə saat 9.00-da müəyyən olunub.

Ramazan bayramında hər ailənin başçısı ailə üzvlərinin sayı qədər fitrə payı çıxmalıdır.

Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev və QMİ sədri Şeyxülislam Allahşükür Paşazadə Ramazan bayramı münasibətilə xalqı təbrik ediblər.

Ramazan ayında oruc tutulması müsəlmanlara hicrətin ikinci (622-ci il) ili təyin edilib. Ramazan ayı insanlara Allahı sevmək prinsiplərini öyrədir, onlara öz iradə qüvvələrini, dözümlüyünü yoxlamaq imkanı verir, onları gözüaçıq, təmiz vicdanlı olmağa yönəldir. Oruc ramazan ayında tutulduğu üçün ona "Ramazan orucu" da deyirlər.

İslamda ilin ayları arasında Ramazan ayı ən şəfaqətli və ən müqəddəs ay hesab edilir. Onu məcazi mənada "On bir ayın sultanı" da adlandırırlar. Ramazan gecələrindən birində müsəlmanların müqəddəs kitabı “Qurani-Kərim” nazil olub. Həmin gecə "Qədr" və ya "Əhya" gecəsi adlanır.

Tanrı bütün tutulan orucları, qılınan namazları qəbul etsin.

Ramazan bayramınız mübarək olsun!


Müəllif:

Oxşar xəbərlər