21 İyul 2015 14:41
577
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Cənub Qaz Dəhlizi" layihəsinin reallaşdırılması çərçivəsində işlərin artıq 30 faizi başa çatıb.

Trend-in xəbərinə görə, bu barədə Almaniya mətbuatı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövnəq Abdullayevə istinadən məlumat verir.

Məlumatda bildirilir ki, artıq 23 ölkədən 162 tədarükçü ilə dəyəri 10 milyard avrodan çox olan müqavilələr imzalanıb: "Hazırda layihə üzərində 9500-dən çox nəfər işləyir. "Şahdəniz-2" layihəsi çərçivəsində 7 hasilat quyusu qazılıb, Gürcüstanda kompressor stansiyasının inşası və boruların istehsalı tam sürətlə gedir".

R.Abdullayev vurğulayıb ki, 2020-ci ildə Azərbaycan qazının Avropaya ilk tədarükləri ilə Avropanın enerji təhlükəsizliyində yeni era başlayacaq.

Qeyd edək ki, "Cənub Qaz Dəhlizi" Avropa İttifaqı üçün prioritetlərdən biridir. Layihə qazın Xəzər dənizindən Gürcüstan və Türkiyə ərazisindən keçməklə Avropa ölkələrinə nəqlini nəzərdə tutur.


Müəllif:

Oxşar xəbərlər