23 İyul 2015 12:44
1 096
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sabah Azərbaycanın bəzi ərazilərində havanın temperaturu 38 dərəcə isti olacaq.

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən Teleqraf.com-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında iyulun 24-də hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir. Cənub-şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 21-25, gündüz 30-35 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında iyulun 24-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin axşam və gecə bəzi dağlıq ərazilərdə Böyük və Kiçik Qafqazın bəzi yerlərində şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir. Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 20-25, gündüz 33-38, dağlarda gecə 14-19, gündüz 25-30 dərəcə isti olacaq.


Müəllif: