23 İyul 2015 16:38
1 274
12 Punto 14 Punto 16 Punto 18 Punto

23 həftəlik, 650 qr çəki ilə yenidoğulmuşun həyatda saxlanılması Azərbaycanda ilk dəfə olaraq Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Cərrahiyyə Klinikasında gerçəkləşdirilib.

Bu barədə Teleqraf.com-a ATU-nun mətbuat xidmətindən məlumat verilib. Belə ki, bu ilin iyunun 19-da 23 həftəlik hamiləliklə körpəsini itirmə təhlükəsi ilə ümidsiz şəkildə hamilə qadın ATU-nun Tədris Cərrahiyyə Klinikasına müraciət edib. Aparılan müayinələr zamanı dölyani mayenin tam axdığı aşkar edilib. Bundan çıxış yolu isə ancaq hamiləliyin sona çatdırılması olub. Klinikanın həkim mama-ginekoloqu Nigar Abbasova və həkim-neonatoloqu Səadət Yaqubovanın apardığı müayinələr nəticəsində dölün həyat fəaliyyətinin davam etdiyi aşkar edilib və süni doğuş aparılıb. Həkimin sözlərinə görə yenidoğulmuşun çəkisi 650 qr, ümumi vəziyyəti kritik olub.

Aparılan reanimasiya tədbirləri nəticəsində körpə artıq 33 gündür yaşayır. Vəziyyəti bu müddət ərzində bir neçə dəfə kəskin pisləşsə də, hazirda qənaətbəxşdir. Adı Yusif olan körpənin hazırda çəkisi 1020 qramı keçib.

Naibə QURBANOVA


Müəllif: