30 İyul 2015 16:52
632
12 Punto 14 Punto 16 Punto 18 Punto

Teleqüllədə intellektual ünvanlı yanğından mühafizə siqnalizasiya sistemi quraşdırılıb

Teleqraf.com xəbər verir ki, Bakı Teleqüllə Kompleksində “İntellektual ünvanlı yanğından mühafizə siqnalizasiya” sistemi işə salınıb.

Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin “Teleradio” İstehsalat Birliyindən verilən məlumata görə, sistemdə 764 ədəd tüstüdən optik-elektron intellektual yanğın söndürmə xəbərverici quraşdırılıb.

Kompleks -26 səviyyəsindən +70 səviyyəsinə qədər əlavə 64 ədəd görüntü kameraları ilə təchiz edilib.

Bundan əlavə, 20 ədəd müxtəlif növlü odsöndürən balon və 32 ədəd tam komplektli bir qapılı şkaf alınaraq kompleksin mərtəbələrində su kranları olan yerlərdə quraşdırılıb.

İLHAMƏ

Müəllif: