“Son günlər bəzi kütləvi informasiya vasitələrində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində kadr dəyişikliyi ilə bağlı məlumatlar yayılıb. Yayılan məlumatlarda Dövlət Komitəsinin Aparat rəhbəri Oqtay Hüseynovun işdən uzaqlaşdırılması ilə bağlı əsassız fikirlər yer alıb”.
Bu fikirləri Teleqraf.com-a açqılamasında DQİDK-nın İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Amil Cavadov deyib: “Bildirmək istəyirik ki, aparılan kadr dəyişikliklərinə əsasən Oqtay Hüseynov Dövlət Komitəsinin Maliyyə-təsərrüfat şöbəsinin müdiri təyin olunub və hazırda fəaliyyətini davam etdirir. Komitənin Aparat rəhbəri vəzifəsinə Ümumi şöbənin müdiri Alim Süleymanov təyin edilib.
Kütləvi informasiya vasitələrinin nümayəndələrindən xahiş olunur ki, Dövlət Komitəsi haqqında hər hansı bir informasiyanı yaymadan əvvəl komitənin mətbuat xidməti ilə dəqiqləşdirsinlər”.
BƏXTİYAR