6 Avqust 2015 11:42
687
12 Punto 14 Punto 16 Punto 18 Punto

Multimedia Mərkəzi dövlət qurumlarının informasiya açıqlığı vəziyyətinin növbəti dəfə monitorinqini aparıb.

Teleqraf.com xəbər verir ki, bununla bağlı bu gün "Dövlət qurumlarının onlayn şəffaflığı: problemlər və perspektivlər" mövzusunda dəyirmi masa keçirilib.

Tədbirdə çıxış edən Multimedia Mərkəzinin rəhbəri Osman Gündüz bildirib ki, mərkəzi və yerli icra orqanlarının informasiya açıqlığı ilə bağlı hesabat və reytinq cədvəlləri hazırlanıb. Onun sözlərinə görə, hər bir qurum, həmçinin bütövlükdə mərkəzi və yerli icra hakimiyyətləri üzrə informasiya açıqlığının göstəricisi müəyyən olunub: "Monitorinq prosesi son 4 ayı əhatə edib. Bu müddət ərzində 73 mərkəzi icra hakimiyyəti orqanının və 68 yerli icra hakimiyyətinin onlayn şəffaflıq vəziyyəti araşdırılıb.

Monitorinq informasiya azadlığı sahəsində mövcud qanunvericilik və beynəlxalq normalar nəzərə alınmaqla mərkəz tərəfindən hazırlanan metodika əsasında gerçəkləşdirilib. Builki monitorinqin nəticələri mərkəzi icra orqanları üzrə əvvəlki illərlə müqayisədə informasiya açıqlığının inkişaf tendensiyasınln müsbət olduğunu göstərib. Bununla belə dovlət qurumlarının, xüsusilə yerli icra qurumlarının informasiya açıqlığı sahəsində ciddi problemlər qalmaqdadır".

O.Gündüz qeyd edib ki, informasiya açıqlığı üzrə mərkəzi icra orqanlarından Vergilər Nazirliyi, Dövlət Qulluğu Məsələləri üzrə Komissiya, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilk üçlükdə yer alıb: "Sonrakı 3 yerə isə Əsir və İtkin Düşmüş, Girov Götürülmuş Vətəndaşlarla Əlaqədar Dövlət Komissiyası, Nazirlər Kabineti, Dövlət Sərhəd Xidməti daxildir. Yerli icra orqanlarından Binəqədi, Xətai, Şirvan icra hakimiyyətləri daxildir. Sonuncu yerləri Tovuz, Lerik, Beyləqan rayon icra hakimiyyətləri tutur".

Bəxtiyar


Müəllif:

Oxşar xəbərlər