6 Avqust 2015 16:12
1 016
12 Punto 14 Punto 16 Punto 18 Punto

Səhiyyə Nazirliyi apteklərinin fəaliyyətinin təkmilləşdirilməsi, reseptlərin yazılması üzərində nəzarət, dərman vasitələrinin və tibb ləvazimatlarının əhaliyə buraxılışı üzərində kompleks effektiv tədbirlərin icrasını davam etdirir. Səhiyyə Nazirliyinin mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, nazirliyin Analitik Ekspertiza Mərkəzi tərəfindən əczaçılıq bazarı iştirakçılarına qarşı tədbirlər gücləndirilib.

O cümlədən, aparılmış yoxlamalar nəticəsində 15 aptekdə dərman vasitələrinin reseptsiz satışının aparılması müəyyən edilərək, protokollar tərtib edilib, cərimələr tətbiq olunub.

Reseptlərin düzgün yazılmamasına görə 11 həkimə dair inzibati tədbirlər görülüb.

Səhiyyə Nazirliyi ölkə başçısının dərmanların keyfiyyəti, apteklərin fəaliyyəti və əhaliyə dərman vasitələrinin buraxılışı üzərində bütün sahələr üzrə sistemli tədbirlərin icrasını davam etdirir.

Naibə QURBANOVA


Müəllif:

Oxşar xəbərlər