Akademik Milli Dram Teatrının aktyorları Ramiz Novruzla Ramiz Məlik arasında qarşıdurma baş verib.
Məsələyə münasibət bildirən Ramiz Məlik Teleqraf.com-a açıqlamasında Ramiz Novruzu bağışlamayacağını bildirdi: “Ramiz üzrxahlıq etsə, qəbul edəcəm, amma bağışlamayacam. Üzrxahlıq başqa şey, bağışlanmaq başqa. Üzrxahlığını qəbul etsəm də, bundan sonra teatrda onunla nə tərəf müqabili olaram, nə də salam verərəm. Ona teatrın ümumi imicinə görə güzəştə gedə bilərəm. Teatrın kollektivi qarşısında üzr istəsə, üzrxahlığını qəbul edə bilərəm. Hüquq müstəvisində bu məsələ həll edilir. Müdir İsrafil İsrafilov hələ istirahətdən gəlməyib. Hüquq-mühafizə orqanlarına ərizə təqdim etmişəm”.
Xalq artisti onu da qeyd etdi ki, Ramiz Novruz ilə münasibətlərində əvvəllər gərginlik olmayıb: “Ramiz son zamanlar çox dəyişmişdi. Mən isə sənət dostlarını “Yuğ” teatrının rejissoru Gümrah Ömərin ayağına verdiyinə görə onu tənqid etmişdim. Və tənqidi də qəbul etmədi”.
Qeyd edək ki, Ramiz Novruz AzNew.az-a açıqlamasında bildirib ki, Ramiz Məlikdən üzr istəyəcək, əgər o, üzrxahlığnı qəbul etməsə, qanun qarşısında cavab verməyə hazırdır.
Rəqsanə Həsənova