27 Avqust 2015 01:34
910
12 Punto 14 Punto 16 Punto 18 Punto

8 il müddətinə azadlıqdan məhrum edilmiş güneyli fəal Səid Mətinpurun İran vaxtı ilə gecə saat 10-00 radələrində saxlandığı Evin həbsxanasında azadlığa buraxıldığı bildirilir. Cənab Mətinpurun yaxınlarından biri "Amerikanın Səsi"nə bildirib ki, o, təxminən 30 dəqiqə əvvəl Tehrandakı Evin həbsxanasını tərk edərək yaşadığı Zəncan şəhərinə yola düşüb. Səid Mətinpurun özü ilə telefonda danışan yaxını onun azadlığa çıxdığını təsdiq edib. Ancaq hələlik rəsmilər güneyli fəalın sərbəst buraxılması barədə heç bir məlumat vermir.

Səid Mətinpur 2007-ci ilin iyununda İranda azərbaycanlıların milli hüquqları ilə bağlı Türkiyədə keçirilən bir seminara qatıldığı üçün tutulub. 2008-ci il iyunun 10-da Tehran İnqilab Məhkəməsi onu 8 il müddətinə azadlıqdan məhrum edib. Səid Mətinpur əcnəbilərlə əlaqəyə girərək İran İslam Respublikasının dövlət quruluşuna qarşı təbliğat aparmaqda təqsirli bilinib. O, 7 ildən artıqdır ki, Tehran şəhərindəki Evin həbsxanasında saxlanılırdı. Bu həbsxana İranın ən ağır şəraitli məhbəsi hesab olunur. Beynəlxalq insan haqları təşkilatları isə Səid Mətinpuru vicdan məhbusu elan edərək, dəfələrlə onun sərbəst buraxılmasına çağırmışdı. /Amerikanın səsi/


Müəllif:

Oxşar xəbərlər