Sentyabrın 16-dan 18-dək Bakı İdman Sarayında kitab sərgi-yarmarkası təşkil olunacaq.
Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, sentyabrın 16-dan 18-dək Bakı İdman Sarayında təşkil olunacaq sərgi-yarmarkada Azərbaycanla yanaşı, Türkiyə, Rusiya, Özbəkistan, İran, Misir, Nigeriya, Bosniya və Herseqovina, Almaniya, Albaniya, Slovakiya, Serbiya, Moldova, Ukrayna, Belarus, Estoniya və Yunanıstandan nəşriyyat və poliqrafiya müəssisələri, digər müvafiq qurumlar iştirak edəcək.
Azərbaycanda kitab işinə töhfə verən, tariximizi, mədəniyyətimizi, o cümlədən, bölgələrimizin mədəni zənginliyini təbliğ edən 100-dən artıq yerli nəşriyyat və bu sahəyə bağlı olan digər qurumlar sərgidə iştirak üçün qeydiyyatdan keçiblər.
Xarici ölkə təmsilçilərinin də sərgi-yarmarkaya marağı artmaqdadır. IV Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkasında müxtəlif məzmunlu nəşrlər, dünya ədəbiyyatının görkəmli nümayəndələrinin əsərlərindən elmi, texniki, tibbi və ən müxtəlif sahələrinədək kitabları əldə etmək mümkün olacaq.
Nərmin