4 Sentyabr 2015 08:53
679
12 Punto 14 Punto 16 Punto 18 Punto

Nazirlər Kabinetinin 29 iyun 2015-ci il tarixli, 247 nömrəli qərarı ilə “Turistlərə elektron viza almaq hüququnu əldə etmək üçün Azərbaycan Respublikasında fəaliyyət göstərən turizm şirkətlərinin akkreditasiyadan keçməsi Qaydası” təsdiq edilib.

Nazirlikdən verilən məlumata görə, bu qayda Miqrasiya Məcəlləsinin 38.7-ci maddəsinə uyğun olaraq hazırlanıb və turistlərə elektron viza hüququnu əldə etmək üçün Azərbaycanda fəaliyyət göstərən turizm şirkətlərinin Mədəniyyət və Turizm Nazirliyində akkreditasiyadan keçməsi qaydasını müəyyən edir.

Qeyd edirik ki, “Azərbaycana gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslərə viza rəsmiləşdirilməsi sahəsində təxirəsalınmaz tədbirlər haqqında” Azərbaycan Prezidentinin 30 noyabr 2012-ci il tarixli, 2577 nömrəli Sərəncamının icrasının təmin edilməsi məqsədilə 2013-cü ilin 15 mart tarixindən Azərbaycana viza tələb olunan ölkələrdən turizm məqsədilə gələn xarici turistlərə elektron turist vizalarının verilməsi tətbiq edilir.

Mədəniyyət və Turizm Nazirliyi ilkin olaraq əsasən gəlmə turizmlə məşğul olan 65 turizm şirkətinə sözügedən bu sistemdən istifadə edərək elektron turist vizası almaq hüququ verilib.
Hazırda ilkin olaraq elektron turist viza sistemindən istifadə etmək həvalə olunmuş turizm şirkətləri “Turistlərə elektron viza almaq hüququnu əldə etmək üçün Azərbaycanda fəaliyyət göstərən turizm şirkətlərinin akkreditasiyadan keçməsi Qaydası”na uyğun olaraq akkreditasiyadan keçirilir.
Bununla yanaşı nazirlikdən xüsusi razılıq (lisenziya) almış və qeyd olunan qaydalarda göstərilən tələblərə uyğun gələn istənilən turizm şirkəti akkreditasiyadan keçmək üçün Nazirliyə müraciət edə bilərlər.
Əlavə olaraq bildiririk ki, elektron turist vizaları müraciət edildikdən ən geci 10 gün müddətinə rəsmiləşdirilir.

Məlumat üçün bildiririk ki, Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq tapşırığına uyğun olaraq, Mədəniyyət və Turizm Nazirliyi və Xarici İşlər Nazirliyi tərəfindən viza verilməsi prosedurunun 10 gündən 5 günə salınması ilə bağlı birgə fəaliyyət həyata keçirilir.

İLHAMƏ


Müəllif:

Oxşar xəbərlər