AMEA Eroziya və Suvarma İnstitutunun direktoru vəzifəsini müvəqqəti icra edən - Elmi işlər üzrə direktor müavini Zakir Əliyev qızıl medala layiq görülüb.
“Avropa Nəşr Mətbu Evi” mükafat komissiyasının qərarı ilə milli-mənəvi dəyərlərimizin qorunmasında, istedadlı gənc alimlərin hazırlanmasında səmərəli fəaliyyətinə, Azərbaycanda şorlaşmaya məruz qalmış torpaqların səmərəliliyinin artırılması, torpağın struktur dəyişməsi, suvarmanın avtomatik idarə olunması sahəsində olan uğurlu tədqiqatlarına, çoxsaylı elmi-publisistik kitablarına, gənclərdə vətənpərvərlik hisslərinin aşılanmasında və ölkədə aparılan aqrar islahatlarda yaxından iştirakına, aqrar elmləri tarixində göstərdiyi xidmətlərinə görə AMEA- Eroziya və Suvarma İnstitutunun direktor vəzifəsini icra edən- Elmi işlər üzrə direktor müavini, aqrar elmlər üzrə fəlsəfə doktoru Zakir Əliyev “Ən yaxşı vətənpərvər tədqiqatçı alim” qızıl medalı ilə təltif olunub.
Mükafatı Avropa Nəşr Mətbu Evinin məsul nümayəndəsi Sahilə Mirzə qızı təqdim edib.
Zakir Əliyev bu mükafata layiq görüldüyü üçün, sevincini kollektiv üzvləri ilə bölüşüb, mükafatın təsisçilərinə təşəkkürünü bildirib.
NİGAR