17 Sentyabr 2015 18:21
906
12 Punto 14 Punto 16 Punto 18 Punto

Özbəkistan mətbuatı “Planetin 15 ən cəlbedici məkanı: Azərbaycan mirvarisi Göygöl onlardan biridir” adlı məqalə verib.

Publika.az xəbər verir ki, Özbəkistanın aparıcı xəbər saytı “podrobno.uz” planetin 15 ən cəlbedici yerlərinin siyahısını açıqlayıb. Siyahıda Azərbaycanın mirvarisi hesab olunan Göygölün də adı var.

Məqalədə qeyd edilir ki, Göygöl planetin ən gözəl göllərindən biri sayılır. Təbiəti sevən hər kəs bu yerə gələrkən bir daha Göygölün gözəlliyini və əvəzsiz olduğunu təsdiqləyir.

Məqalənin tam versiyası ilə http://podrobno.uz/cat/podrobno/15-samykh-udivitelnykh-mest-planeta-odin-iz-nikh-gyeygyel-zhemchuzhina-azerbaydzhana/ linkində tanış olmaq mümkündür.

Qeyd edək ki, Özbəkistanın “uchildiz.uz” saytı da bu gün “Гёйгёль – жемчужина Азербайджана и легенда природы” adlı məqalə verib. Məqalələr Özbəkistandakı Azərbaycan Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə yayımlanıb.


Müəllif: