Cənub qaz dəhlizi üzrə Avropaya Azərbaycan qazının nəqli 2019-cu ilin sonunda başlanacaq. Trend-in məlumatına görə, bunu SOCAR-ın prezidenti Rövnəq Abdullayev deyib.
Onun sözlərinə görə, Cənub qaz dəhlizinin bütün mərhələlərində işlər qrafiki qabaqlamayla gedir.
"Düşünürəm ki, Azərbaycan qazının vaxtında nəqli ilə problemlər yaranmayacaq. 2018-ci ilin birinci yarısında qaz Türkiyəyə çatdırılacaq, və 2019-cu ilin sonunda - Avropaya", - Abdullayev bildirdi.
SOCAR-ın prezidenti həmcinin qeyd etdi ki, layihədə indi təxminən 20 min insan işləyirlər. "Cənub Qafqaz boru kəmərinin genişlənilməsi üzrə işlər gedir. Gürcüstanda kompressor stansiyaları tikilir. Avropada, müəyyən siyasi çətinliklərə baxmayaraq, Trans-Adriatik boru kəmərinin (TAP) tikintisi üzrə işlər gedir".