22 Sentyabr 2015 13:53
538
12 Punto 14 Punto 16 Punto 18 Punto

Avropa öz Renessansı üçün İslam dininə və bir neçə yüz il onun sayəsində bütün sahələrdə qazanılan nailiyyətlərə borcludur.

Teleqraf.com xəbər verir ki, bunu Azərbaycan Prezidenti Administrasiyası rəhbərinin müavini, Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov “Twitter” səhifəsində yazıb.

N.Məmmədov qeyd edib ki, mən yaxşı bilirəm, məni izləyənlərin əksəriyyəti yüksək intellektli, hazırlıqlı və ciddi insanlardır: "Yaşından asılı olmayaraq, bu insanları dünyada gedən proseslər, proseslərin tarixi və onlara münasibət maraqlandırır. Buna görə də bəzi çox mühüm hesab etdiyim məqamlarla bağlı fikirlərimi bölüşürəm. İslam dininin yaranması və o dövrdən keçən bir neçə yüz ili əhatə edən hadisələri öyrəndikdən sonra qərara gəldim ki, Avropa öz Renessansı üçün İslam dininə və bir neçə yüz il onun sayəsində bütün sahələrdə qazanılan nailiyyətlərə borcludur. Təəssüf ki, Avropada bu həqiqətlə bağlı susmağa üstünlük verirlər”.


Müəllif:

Oxşar xəbərlər