23 Sentyabr 2015 11:32
974
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Əmlak Məsələləri Dövlət Komitəsi Azərbaycan hökuməti ilə Dünya Bankı arasında bağlanmış müqaviləyə əsasən, icra olunmuş “Daşınmaz Əmlakın Qeydiyyatı Layihəsi”nin başa çatması ilə əlaqədar yekun İctimai Təqdimat keçirib.

Teleqraf.com xəbər verir ki, tədbirdə Komitənin Aparatı və tabeli qurumlar, Maliyyə Nazirliyi, Ədliyyə Nazirliyi, İqtisadiyyat və Sənaye Nazirliyi, Dünya Bankının Bakıya gəlmiş missiyasının nümayəndələri, Dünya Bankının Bakı ofisi, cəlb olunmuş partnyor təşkilatlar və media nümayəndələri iştiak ediblər.

Əmlak Məsələləri Dövlət Komitəsinin sədr müavini Rafiq Cəlilov bildirib ki, Azərbaycanda həyata keçirilən uğurlu sosial-iqtisadi inkişaf strategiyası özünün müsbət nəticəsini verib və bu, qısa müddətdə əmlak münasibətlərində də ciddi dəyişikliklərə gətirib çıxarıb: "Bu tərəqqi digər sahələrdə olduğu kimi, əmlak-torpaq münasibətlərinin yeniləşməsi, daşınmaz əmlak idarəçiliyinin müasir inkişaf xəttinin formalaşması ilə müşayiət olunur. Komitə artıq torpaqların Elektron Kadastr Uçotu Sisteminin yaradılması istiqamətində işlərə başlayıb. Hazırda təyinatından və mülkiyyət növündən asılı olmayaraq, bütün torpaqların və daşınmaz əmlakların elektron kadastr uçotuna alınması həyata keçirilir. Bu il Bakı şəhərinin elektron kadastr məlumat bazasının yaradılmasını nəzərdə tutanlayihə yekunlaşıb. Kadastr xidmətində ilk dəfə olaraq, Bakı şəhərinin mükəmməl elektron kadastr məluamt bazası yaradılıb”.

Qeyd edək ki, tədbir 2007-ci ildən həyata keçirilən və bu il yekunlaşan Layihə çərçivəsində daşınmaz əmlakın qeydiyyatı və kadastrı, dövlət əmlakının idarə edilməsi və reyestri, torpaq kadastrı, informasiya kommunikasiya sistemlərinin qurulması, modern idarəetmə, hüquqi maarifləndirmə, daşınmaz əmlakın monitorinqi və qiymətləndirilməsi ilə bağlı görülən işlərə həsr olunub.

Tədbirdə Dünya Bankının Azərbaycan üzrə meneceri Larisa Leşçenko layihənin uğurla həyata keçirilməsi və yekunlaşması ilə bağlı məlumat verib, əldə olunan nəticələrə toxunub. Həmçinin Dünya Bankının layihə meneceri Viktoriya Stenli və Cənubi Qafqaz üzrə İsveçrə Əməkdaşlıq Ofisinin (SEKO) Proqram üzrə milli nümayəndəsi Zahir Əhmədov nəticələrdən danışıb.

İlhamə


Müəllif:

Oxşar xəbərlər