Professor İlham Rəhimovun “Cinayət və cəzanın fəlsəfəsi” adlı kitabı yəhudi dilində çapdan çıxıb .
Teleqraf.com xəbər verir ki, Azərbaycan Respublikasınım əməkdar hüquqşünası, hüquq elmləri doktoru, professor İlham Rəhimovun Moskvada rus dilində çap olunmuş “Flosofiya prestupleniya i nakazaniya” (“Cinayət və cəzanın fəlsəfəsi”) adlı növbəti kitabı İsraildə də çap olunub. Yəhudi dilinə tərcümə olunmuş bu kitab təkcə Azərbaycanda deyil, dünyanın bir sıra ölkələrində də oxucular tərəfindən maraqla qarşılanıb.
Nəfis üslubda nəşr olunmuş kitabda cinayət hüququnun təməl problemlərindən bəhs olunur. Müəllif cinayətin mənbəyinə və səbəblərinə, eləcə də cəzanın məzmununa fəlsəfi mövqedən yanaşıb. Kitab hüquq fakültələrinin müəllimləri, aspirantlar və tələbələr, eləcə də, cinayət hüququ sahəsində ixtisaslaşmış hüquq-mühafizə orqanları işçiləri, nəzəriyyəçilər üçün nəzərdə tutulub. Nəşrdən həmçinin, sosioloqlar, psixoloqlar və cinayətkarlıqla mübarizənin aparılmasına maraq göstərən hər kəs yararlana bilər.