6 Oktyabr 2015 12:53
550
12 Punto 14 Punto 16 Punto 18 Punto

Milli Məclisin sessiyasında “Dini etiqad azadlığı haqqında" Azərbaycan Respublikasının Qanununa dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi müzakirə edilib. Bu haqda İnsan hüquqları komitəsinin sədri Rəbiyyət Aslanova məlumat verib.

Teleqraf.com xəbər verir ki, millət vəkili, BAXCP sədri Qüdrət Həsənquliyev çıxışı zamanı deyib ki, təklif edilən dəyişikliklərə səs verəcək. Onun fikrincə, bu sahədə ciddi nəzarətin olmasına ehtiyac var: "Gündəlikdə 10-cu məsələ də var - “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Qanuna dəyişikliklər edilməsi barədə layihə. Dini təşkilatlar son zamanlar bəyanat veriblər ki, seçkiləri boykot edəcəklər. Mən azı iki belə dini təşkilatın adını çəkə bilərəm. Əslində onlar QHT-lərdir və belə bir səlahiyyətləri yoxdur. Məncə, bununla bağlı Dini Qurumlarla iş üzrə Dövlət Komitəsi Ədliyyə Nazirliyinə müraciət etməli və belə qurumların fəaliyyəti dərhal dayandırılmalıdır. Mən təklif edirəm ki, komitəyə belə bir səlahiyyət verilsin. Son zamanlar mətbuatda dini ekspert kimi çıxış edənlər müəyyən siyasi bəyanatlar verirlər. Buna misal olaraq, bu yaxınlarda həbsdən çıxan şəxslərdən birini qeyd edə bilərəm. Hesab edirəm ki, bu, birbaşa siyasi fəaliyyətlə məşğul olmaqdır. Məncə, artıq zamanı çatıb ki, bu sahə ilə bağlı da qanunvericilik sahəsində addımlar atılsın”.

Millət vəkili Rəfael Cəbrayılov isə “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Qanuna dəyişikliklər edilməsi barədə layihə müzakirə edilərkən Qüdrət Həsənquliyevin təklifini müdafiə edib.

Nemət


Müəllif:

Oxşar xəbərlər