8 Oktyabr 2015 17:02
903
12 Punto 14 Punto 16 Punto 18 Punto

Belediyye.info və “Bələdiyyə həyatı” qəzeti paytaxt rayonlarında formalaşan bələdiyyələrin vəziyyətini öyrənmək məqsədiylə sorğulara start verib.

Teleqraf.com xəbər verir ki, sorğuların təşkili əhali-bələdiyyə münasibətlərinə aydınlıq gətirmək, habelə bələdiyyələrin fəaliyyətinə ictimai münasibətin vəziyyətini öyrənmək və mövcud duruma münasibət bildirmək məqsədi daşıyır.

İlk olaraq Xəzər rayonu üzrə keçirilən rəy sorğusunda hər qəsəbədə 15 nəfər olmaqla cəmi 120 nəfər iştirak edib.

Ümumi qiymətləndirməyə görə, rəyi soruşulanların 38% -i bu qurumların fəaliyyətindən razılıqlarını bildiriblər. 19% cavab verməkdə tərəddüd ediblər, 12 %-i qismən razı qaldıqlarını, 31% -i isə fəaliyyətdən narazı qaldıqlarını qeyd ediblər.

Rəyi soruşulanların fəaliyyətlərindən razı və qismən razı qaldıqları bələdiyyələr sırasında rayonda formalaşan səkkiz bələdiyyədən yalnız üçünün adı çəkilib- Mərdəkan, Binə və Şüvəlan. Müvafiq olaraq Mərdəkan bələdiyyəsinə 48%, Binə bələdiyyəsinə 37%, 15 % -isə Şüvəlan bələdiyyəsinə səs verib.
Fəaliyyətlərindən narazı qalanlar tərəfindən Buzovna və Qala bələdiyyələrinin adları çəkilib.
58% Buzovna, 42% -isə Qala bələdiyyələrindən narazılıqlarını ifadə ediblər.

“Bəs bələdiyyədən niyə narazı qalırsınız”- sualına isə rəyi soruşulanların 36%-i sədrlərin qəbuluna düşə bilmədiklərindən, 34%-i müraciətləri cavabsız qoyduqlarından, 23% müraciətlərə etinasız yanaşdıqlarından bu orqanlardan narazı qalıblar.

“Bələdiyyənizin hansı fəaliyyəti sizi qane edir”- sualına rəyi soruşulanların 27%-i kommunal xidmətlərin göstərilməsini, 22%-i aztəminatlı ailələri daim diqqətdə saxlamalarını, 19%-i məhəllədaxili yolların təmirinə diqqətin yetirilməsini müsbət dəyərləndiriblər. 16 %-i ərazilərdə ağacəkimi kampaniyasında fəal olmalarını, 11%-i qəsəbələrdə aparılan quruculuq işlərində fəal olmalarını önə çəkiblər. 5% isə cavab verməkdə çətinlik çəkib.

“Bələdiyyənizi necə görmək istərdiniz?”- sualına rəyi soruşulanların 36% -i aktiv, 28% -i müstəqil, 22%-i “pullu”, 14%- isə qəsəbədə vahid icraedici orqan kimi görmək istəyiblər.

Qeyd edək ki, bu tipli rəy sorğuları rübdə bir dəfə olmaqla müxtəlif regionlarda könüllülərin iştirakıyla

keçiriləcəkdir.

BƏXTİYAR


Müəllif:

Oxşar xəbərlər