8 Oktyabr 2015 22:55
602
12 Punto 14 Punto 16 Punto 18 Punto

Tədbir Leyla Əliyevanın təşəbbüsü ilə Moskva Dövlət Dilçilik Universitetində keçiriləcək

Rusiyanın Azərbaycanlı Gənclər Birliyinin (RAGB) sədri Leyla Əliyevanın təşəbbüsü ilə Moskvada Azərbaycan dilində imla yazılacaq.

RAGB-ın idarə heyətinin üzvü Emin Hacıyev bildirib ki, maarifləndirmə aksiyası oktyabrın 18-də qeyd edilən Azərbaycanın Müstəqillik Gününə həsr olunub. Aksiyada Azərbaycan diasporunun üzvləri, rusiyalılar, o cümlədən Azərbaycan dilini öyrənən tələbələr iştirak edə bilərlər. Aksiya rusdilli mühitdə Azərbaycan dilini dəstəkləmək, öyrənmək, qoruyub saxlamaq və təbliğ etmək məqsədi daşıyır.

Azərbaycan dilində imla oktyabrın 17-də Moskva Dövlət Dilçilik Universitetinin (MDDU) binasında yazılacaq. Universitetin rektoru İrina Xaleyeva bu təşəbbüsü gözəl qarşılayıb. O, tədbirdə şəxsən iştirak edəcəyinə və iştirakçıları dəstəkləyəcəyinə söz verib. Qeyd edək ki, akademik İrina Xaleyeva Azərbaycana böyük hörmətlə yanaşır. Onun dəstəyi ilə universitetdə Azərbaycan Dili və Mədəniyyəti Mərkəzi açılıb.

Təşkilatçılar bildirirlər ki, artıq müxtəlif millətlərdən olan 50-dən çox adam Azərbaycan dili biliklərini yoxlamaq arzusunda olduğunu bildirib. Birinci, ikinci və üçüncü yerləri tutan ən savadlı iştirakçılara RAGB-ın pul mükafatları təqdim ediləcək.

SEVİL


Müəllif:

Oxşar xəbərlər