11 Oktyabr 2015 19:34
1 018
12 Punto 14 Punto 16 Punto 18 Punto

Təbii üsullarla arıqlamaq istəyənlər üçün hər gün yeni yol tapılır. Onlardan biri də son günlər haqqında çox danışılan qoz suyu möcüzəsidir. Sadəcə, su və qozla hazırlanan, içdikcə insanı arıqladan bu qarışıq ideal çəkidə qalmaq istəyənlərin ən yaxşı köməkçisi olacaq.


Publika.az qoz suyunun hazırlanması və istifadə qaydalarını araşdırıb:
Əvvəlcə onu qeyd edək ki, qoz suyu içmək insanı sadəcə arıqlatmır, həm də sağlamlığa müsbət təsir edir. Qoz suyu hamı üçün yararlıdır. Uşaq əmizdirən analar, zob xəstələri, xolesterindən əziyyət çəkənlər – bir sözlə, hər kəs qoz suyu içə bilər.

Qoz omeqa-3 yağ turşuları və zülalla zəngindir. Ona görə də, insanı uzun müddət tox saxlayır, bədəndə toplanan yağları əridir.

Qoz suyunu əldə etmək çox asandır. Sadəcə, 1 ədəd qoza və 1 stəkan otaq temperaturunda suya ehtiyacınız var. Qozu suyun içinə salın və səhərə kimi qaranlıq yerdə saxlayın. Beləliklə, qozun tərkibindəki bütün yararlı maddələr və minerallar suya çıxacaq. Həmin suyu səhər acqarına için və suyun içində qalan qozu yeyin.

İstədiyiniz çəkiyə qovuşana qədər bu prosesi davam etdirin.


Müəllif:

Oxşar xəbərlər