15 Oktyabr 2015 09:40
666
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan və Dağıstan sərhədində yerləşən Tahirkənd-Qazmalar avtomobil buraxılış məntəqəsi bu gündən etibarən 25 gün müddətinə bağlı olacaq.

"Report" xəbər verir ki, bu barədə RİA "Daqestan"a Rusiya Federal Təhlükəsizlik Xidmətinin Dağıstan Respublikası üzrə Sərhəd İdarəsinin mətbuat xidmətindən məlumat verilib.

"Bu qərar buraxılış məntəqəsinə bitişik ərazidə abadlıq işlərinin aparılması zərurəti ilə əlaqədar qəbul edilib. Məntəqənin fəaliyyəti oktyabrın 15-dən müvəqqəti olaraq dayandırılacaq. Məhdudiyyət müddəti 25 təqvim günü müddətində davam edəcək", – deyə agentliyin həmsöhbəti bildirib.


Müəllif: