16 Oktyabr 2015 23:13
634
12 Punto 14 Punto 16 Punto 18 Punto

Oktyabrın 17-də İsmayilli şəhərində “Qafqaz İqtisadi Forumu”u keçiriləcək. Sayca dördüncü olan Forumda Prezidentin 12 yanvar 2015 tarixli sərancamı əsas alınaraq, kənd təsərrüfatı ilə əlaqəli məsələlər müzakirə olunacaq.

Qafqaz Universiteti, Kənd Təsərrüfatı Nazirliyi və İsmayilli İcra Hakimiyyətinin birgə təşkilatşılığı ilə keçirilən tədbirdə universitetin İqtisadiyyat fakültəsinin dekanı Həzi Eynalov forumun əhəmiyyətindən danışıb.

Teleqraf.com-a açıqlamasında Həzi Eynalov bildirib ki, nəticə etibari ilə Qafqaz Universiteti ali təhsil müəssisəsi kimi müəyyən elmi fəaliyyətlərlə məşğul olduğu üçün elmi çalışmalarını həm universitet daxiində, həm də kənarda bir platformaya çevirməyi düşünüb və bu məqsədlə də belə bir tədbirin formatını hazırlayıb: “Qafqaz İqtisadi Forum”u həm də ona görə əhəmiyyətlidir ki, burada həm ölkə daxilində baş verən iqtisadi məsələlər müzakirə olunur, həm də ölkə xaricində baş verən iqtisadi məsələləri məhz o ölkələrdən gələn mütəxəssislərdən dinləmək imkanımiz olur”.

Bu ilki forumu digər illərdən fərqləndirən cəhətlərdən bəhs edən Həzi Eynalov forumun bölgələrdə keçirilməsi məsələsinə də aydınlıq gətirib: di, “Hər il cənab Prezidentin sərəncamı ilə fərqli sahələrin ili kimi qeyd edilir. Forumumuzda bu ənənəyə sadiq qalaraq, bu il sadəcə kənd təsərrüfatı sahəsindəki problemlərə və bu problemlərin həlli yolları müzakirə ediləcək.”

Həzi müəllim foruma verilən dövlət dəstəyindən məmnun olduqlarını vurğuladı və bildirdi ki , “Qafqaz İqtisadi Form”u Kənd Təsərrüfati Nazirliyi və İsmayilli icra hakimiyyəti ilə birgə keçirilir. Bu da o deməkdir ki, dövlətimiz bu cür forumlara önəm verir. Eyni zamanda bu həm də elmə dəstək deməkdir”.

Xatırladak ki, ilk dəfə “Qafqaz İqtisadi Formu” 2012-ci ildə Qafqaz Universitetinin təşəbüsü ilə Şamaxıda keçirilib.

SEVİL


Müəllif:

Oxşar xəbərlər