“Neftçi” klubunun Müşahidə Şurasının yeni üzvləri bəlli olub.
Publika.az xəbər verir ki, “Neftçi” və “ASAN Xidmət” arasındakı müqavilə imzalama mərasimində Müşahidə Şurasının sədri Çingiz Abduallayev yeni üzvlərin adlarını da açıqlayıb. Şuradakı üzvlərin sayı artırılıb və üç yeni namizədin üzvlüyü təsdiqlənib.
“Neftçi”nin Müşahidə Şurasının ilk yeni üzvü keçmiş futbolçu və məşqçi, futbol mütəxəssisi Əsgər Abdullayev olub. İkinci üzv Üzeyir Hacıbəyov adına Musiqi Akademiyasının rektoru, SSRİ-nin xalq artisti, “Şöhrət” ordenli Fərhad Bədəlbəyli seçilib. Üçüncü Şura üzvü isə Ədliyyə Nazirliyi yanında Azərbaycan Respublikası Əhalisinin Dövlət Reyestri Xidmətinin rəisi Mehdi Nəcəfov təyin olunub.