25 Oktyabr 2015 16:42
589
12 Punto 14 Punto 16 Punto 18 Punto

Şəmkir rayonunun Sabirkənd kəndində ölümlə nəticələnən bədbəxt hadisə baş verib.

Trend Kəpəz TV-yə (Region TV) istinadən xəbər verir ki, kənd sakini 27 yaşlı Jalə Bayramova vanna otağında uşaqlarını çimizdirərkən ehtiyatsız davranıb və nəticədə onu elektrik cərəyanı vurub.

Bayramova hadisə yerindəcə dünyasını dəyişib.

Faktla bağlı Şəmkir Rayon Prokurorluğunda araşdırma aparılır.


Müəllif:

Oxşar xəbərlər