27 Oktyabr 2015 17:05
591
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyi Şamaxı, Şabran və Goranboy rayonlarının 4 kəndinə ilk dəfə təbii qaz verib.

Teleqraf.com SOCAR-ın mətbuat xidmətinə istinadən xəbər verir ki, ümumilikdə 561 abonent təbii qazla təmin olunub.

Qaz verilişi münasibətilə Şamaxı rayonunda keçirilmiş tədbirdə bildirilib ki, 96 abonenti olan Şirvan kəndinin qazlaşdırılması məqsədi ilə birpilləli sistem əsasında 3 930 metr uzunluğunda müxtəlif diametrli metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, abonentlərin mənzillərində sayğac və fərdi tənzimləyicilər quraşdırılıb.

Şabran rayonunun 127 abonentlik Dağbilici kəndinin qazlaşdırılması zamanı isə birpilləli sistem əsasında 7 581 metr uzunluğunda qaz xətləri çəkilib, hər bir abonent üçün ayrıca sayğac və fərdi tənzimləyici quraşdırılıb.

Goranboyun Yolqullar və Şadlı kəndlərinə qaz verilişi münasibətilə keçirilən tədbirdə qeyd olunub ki, ümumilikdə 338 abonenti olan kəndilərin qazlaşdırılması üçün 34,8 km-dən artıq müxtəlif diametrli polietilen və metal borularla qaz xətləri çəkilib, 338 ədəd sayğac və fərdi tənzimləyici quraşdırılıb.


Müəllif:

Oxşar xəbərlər