“Qoşunların təmas xəttində ATƏT həmsədrlərinin monitorinqi zamanı atəş açılması qəbuledilməzdir”.
Teleqraf.com xəbər verir ki, bu fikirləri ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik özünün Twitter səhifəsində yazıb:
“Təmasın xəttini keçən zaman atəş səsləri davam edirda. ATƏT müşahidəçiləri gizlənməyə məcbur oldu. Bu, qəbuledilməzdir”.
Qeyd edək ki, Azərbaycan Müdafiə Nazirliyinin yaydığı rəsmi məlumatda qeyd edilir ki, ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq Azərbaycan Respublikasının Tərtər rayonu ərazisindəki qoşunların təmas xəttində monitorinq zamanı düşmən tərəfindən Azərbaycan Silahlı Qüvvələrinin mövqeləri istiqamətində avtomat silahdan bir neçə dəfə atəş açılıb.
Həmsədrlərin dərhal müdaxiləsindən sonra atəş dayandırılıb.
Nərgiz