8 Oktyabr 2015 18:07
418
12 Punto 14 Punto 16 Punto 18 Punto

Vətəndaş-polis münasibətlərinin gücləndirilməsilə Quba və Qusar rayonlarında seminar keçirilib.

İşgəncələrə Qarşı Azərbaycan Komitəsi Azərbacan Respublikasının Prezidenti Yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyilə həyata keçirdiyi “Azərbaycanda Cinayətkarlığa qarşı mübarizədə polis-vətəndaş münasibətlərinin gücləndirilməsi” lyihəsi çərçivəsində 06 oktyabr 2015-cin ildə Quba və Qusar rayonlarında seminar keçirib.

Keçirilən seminarlarda 80-dən artıq polis işçisi, gənclər, ictimaiyyətçı şəxslər iştirak
edib.

Tədbiri giriş sözü ilə təşkilatın rəhbəri Elçin Behbudov açaraq İşgəncələrə Qarşı
Azərbaycan Komitəsinin fəaliyyəti barəsində məlumat verdi. Burada daim polisin ictimaiyyət arasında nüfuzunun yüksək olması üçün işgəncələrin azaldılmasının vacibliyini vurğuladı. Daha sonra E.Behbudov layihə haqqında məlumat verdi və qeyd etdi ki, təşkilat daim polis-vətəndaş münasibətlərini diqqətdə saxlayır. Layihənin mahiyyətindən danışarkən qeyd olundu ki, layihənin əsas hədəfi Azərbaycanda cinayətkarlığa qarşı mübarizədə vətəndaş-polis münasibətlərinin gücləndirilməsindən və onlar arasında qarşılıqlı inamın inkişaf etdirilməsindən
ibarətdir. Bu qarşlıqlı etimad və inamı inkişaf etdirməklə, ölkədə cinayyətkarlığa qarşı birgə mübarizəni güclənməsində ictimai təşəbbüsləri artırmaq və cinayət halların azalması və baş vermiş cinayətlərin vaxtında aşkar edilməsində vətəndaşların rolunu artırmaqdır.

Daha sonra Rafiq Təmrazov çıxış edərək qeyd etdi ki, vətəndaş cəmiyyəti nəinki
qanunçuluğun bərpasında, ictimai asayişin qorunmasında, cinayətlərin qarşısının alınmasında polislə əməkdaşlığa meyllidir, əksinə bu iki subyekt arasındakı münasibətlərdə birincinin ikincidən qorxması və çəkinməsi kimi psixoloji faktorlar üstünlük təşkil etməkdədir. Sadə vətəndaşlar və mülki cəmiyyətin digər subyektləri Polisə pozulmuş hüquq və azadlıqların bərpasına, qanuni mənafelərinin reallaşmasına yardım edən orqandan daha çox, korrupsiyaya qurşanan, süründürməçiliyə meylli, qanunlara və beynəlxalq hüquqi-normativ aktlara əməl etməyən, fəaliyyətini zor istiqamətində quran bir struktur kimi baxır. Ona görə də bir çox vətəndaşlar hüquqları pozulduğu halda, hətta onlara qarşı cinayət xarakterli əməllər baş verdiyi təqdirdə belə, yardım üçün Polisə müraciət etməkdən çəkinirlər. Bu kimi proseslərin aradan qaldırılmasının vacibliyi vurğulandı.

Daha sonra seminarlarda qarşılıqlı diskussiyalar keçirilmiş, bu və ya digər suallar
cavablandırılmışdır. Eyni zamanda işgəncənin mahiyyəti, ona qarşı mübarizənin əhəmiyyəti də vurğulandı.

Tədbirlər qarşılıqlı diskussiya şəklində də başa çatıb.


Müəllif: