14 Noyabr 2015 10:06
1 261
12 Punto 14 Punto 16 Punto 18 Punto

Güney Azərbaycandakı etiraz aksiyaları artıq ölkə xaricində də davam etdirilir.

Teleqraf.com xəbər verir ki, Antalyanın Akdeniz Universitetinin azərbaycanlı tələbələri Güney Azərbaycana dəstək yürüşü keçiriblər. Yürüşdə həmçinin türkiyəli tələbələr, Axıska türkləri, Güney Azərbaycandan olan tələbələr də iştirak edib.

Yürüş zamanı AzərGənc Təşkilatının nümayəndəsi Turan Nağızadə və universitetin Beynəlxalq Münasibətlər üzrə doktorantı Emin Abbasov İranın irqçi rejiminə qarşı şüarlar səsləndiriblər. Çıxışında İranın insan haqlarını kobud pozmasını, Azərbaycan türklərinə qarşı irqçi münasibət göstərilməsini pisləyən Emin Abbasov fikrini "Azərbaycan" şeiri ilə tamamlayıb. Daha sonra Azərbaycanın və Türkiyənin dövlət himnləri səsləndirilib, "Cəngi" sədaları ilə mitinqə yekun vurulub.

Qeyd edək ki, etiraz aksiyalarına səbəb noyabrın 6-da (abanın 8-də) İran televiziyasının yaydığı verilişdə türklərin iyrənc şəkildə təhqir edilməsi olub.

Rüstəm


Müəllif: