23 Noyabr 2015 17:52
556
12 Punto 14 Punto 16 Punto 18 Punto

Akademik Milli Dram Teatrının kollektivi Belarusda keçirilən Gənclərin II Beynəlxalq Teatr Forumunda “İlahi oyun” tamaşası ilə iştirak edib.

Teatrın mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, forum Beynəlxalq Çexov Teatr Festivalı çərçivəsində gənc rejissorların işlərinə baxış məqsədi ilə təşkil olunur. Beynəlxalq tədbir MDB və Baltikyanı ölkələri, Gürcüstanı əhatə edib və “İlahi oyun” tamaşası ilə açılıb. Forumda Azərbaycan səfirliyinin nümayəndələri, diplomatik korpusun əməkdaşları iştirak edib.

Tədbirin açılışından sonra Akademik Milli Dram Teatrının baş rejissoru-bədii rəhbəri, xalq artisti Azərpaşa Nemətin rəhbərliyi ilə teatrın kollektivi rəssamların, dramaturqların, rejissorların və teatrşünasların məşğələ və master klaslarında iştirak edib.

Məşğələlərdə Akademik Milli Dram Teatrının rejissoru Mikayıl Mikayılovun işi uğurlu hesab olunub və rejissora xüsusi diplom təqdim olunub.

“Kitabi-Dədə Qorqud” dastanının “Dirsə xan oğlu Buğac” boyu əsasında hazırlanmış birhissəli etno-müziklın quruluşçu rejissoru Mikayıl Mikayılov, quruluşçu rəssamı Mustafa Mustafayevdir.

Səhnə əsərinin musiqi tərtibatı Vidadi Həsənov və Mikayıl Mikayılova, rəqslərin quruluşu Pərviz Məmmədrzayev və Nigar Güləhmədovaya məxsusdur.

Tamaşada əməkdar artistlər Vidadi Həsənov, Pərviz Məmmədrzayev, aktyorlar Nigar Güləhmədova və Novruz Novruzlu çıxış edirlər.

Nərmin


Müəllif: