1 Dekabr 2015 22:56
578
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyəli müəllim Hayri Ataş müəllifi olduğu “Yalnızlık ömür boyu” kitabının satışından əldə etdiyi vəsait hesabına aldığı 12 müasir əlil arabasını “Əlil Sahibkarlar Təşkilatı” İctimai Birliyinin (ƏST) üzvü olan fiziki imkanları məhdud insanlara hədiyyə edib. Bu münasibətlə Bakı Türk Anadolu Liseyində tədbir keçirilib.

Tədbirdə əvvəlcə İctimai Birliyin fəaliyyəti haqqında məlumat verilib. Sonra Bakı Türk Anadolu Liseyinin tələbələrinin hazırladığı “Nərdivan” adlı qısametrajlı film nümayiş etdirilib.

Qeyd olunub ki, Hayri Ataş “Yalnızlık ömür boyu” adlı kitabını məhz fiziki cəhətdən qüsurlu insanlara əlil arabaları almaq məqsədi ilə yazaraq nəşr etdirib.

Türkiyə səfirliyinin təhsil məsələləri üzrə müşaviri Abdulqafur Büyükfırat, “Əlil Sahibkarlar Təşkilatı” İctimai Birliyinin baş məsləhətçisi Samir İmanov və digərlərinin çıxışlarından sonra, əlil arabaları sahiblərinə təqdim olunub.


Müəllif:

Oxşar xəbərlər