8 Dekabr 2015 12:27
738
12 Punto 14 Punto 16 Punto 18 Punto

7 - 22 dekabrda Bakı şəhərinin 12 rayonu üzrə təhsildə uğurlu nəticələr əldə etmiş məktəblərin qabaqcıl təcrübəsinin təbliğ və tətbiq olunması istiqamətində “Açıq qapı” günləri keçiriləcək.

Bakı şəhər Təhsil İdarəsindən Teleqraf.com-a bildirilib ki, “Açıq qapı” günlərinin təşkil edilməsinin əsas məqsədi məktəbdə tədrisin və keyfiyyətə nəzarət işinin təşkili ilə bağlı təcrübə mübadiləsi aparmaq, məktəbdə psixoloji işin təşkili səviyyəsi və bu istiqamətdə mövcud olan müasir təcrübələr və yanaşmalarla tanış olmaqdır. Bundan başqa, “Açıq qapı” günlərində məktəbin məktəbdənkənar fəaliyyətinin təşkili və icmalarla işin təşkil edilməsi sahəsində mövcud olan innovativ yanaşmaları da öyrəniləcəkdir. Dəqiq fənnlərin (riyaziyyat, fizika, kimya, biologiya, informatika) və ibtidai təhsilin (Ana dili) tədrisi səviyyəsinin nümayiş etdirilməsi, ümumilikdə dərsin planlaşdırılması və qiymətləndirilməsi, dərsin dinlənilməsi istiqamətində yeni strategiyalarla tanış olmaq və fikir mübadiləsi aparmaq “Açıq qapı” günlərinin əsas istiqamətlərindəndir.

Nəzərinizə çatdıraq ki, dekabrın 7 – də Nəsimi rayonu üzrə Texniki Humanitar Liseydə də açıq qapı günü keçirilib. Açıq qapı günü bir neçə sessia əsasında təşkil edilib.

SEVİL


Müəllif: