9 Dekabr 2015 13:54
549
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dekabrın 9-da Heydər Əliyev Beynəlxalq Hava Limanında müasir tipli ikinci Hava hərəkətinin idarəedilməsi qülləsinin açılışı olub.

Teleqraf.com-un məlumatına görə, radiolokator ilə təchiz olunmuş yeni Hava hərəkətinin idarəedilməsi qülləsi hazırda Avropada unikal sistem kimi tanınır və hava hərəkətinin idarəedilməsi sahəsində bütün müasir tələblərə cavab verir. Hava hərəkətinin idarəedilməsi qülləsi təyyarələrin hava limanına yanaşması zamanı və Heydər Əliyev Beynəlxalq Hava Limanının manevr zonalarında hərəkətinin daha səmərəli idarə edilməsinə imkan verəcək.

Yeni Hava hərəkətinin idarəedilməsi qülləsi üçün S rejimini dəstəkləyən ikincili RSM970S radiolokatorunun təchizatı THALES şirkəti tərəfindən həyata keçirilib.

Hava hərəkətinin idarəedilməsi qülləsinin açılış mərasimində Fransanın Azərbaycandakı Səfiri xanım Orelia Buşez (Aurelia Bouchez), Thales Eurasia şirkətinin Vitse-prezidenti Roje De (Roger Daix) və "Azərbaycan Hava Yolları" QSC-nin (AZAL) Birinci vitse-prezidenti Sabir İlyasov iştirak ediblər.

Sabir İlyasovun sözlərinə görə, Prezident İlham Əliyevin Azərbaycan aviasiyasının inkişafına diqqət və qayğısı sayəsində AZAL uçuşların təhlükəsizliyinin təmin edilməsi üzrə Azərbaycan Respublikasının hava məkanında bir çox uğurlu layihələr həyata keçirib.

"İnkişaf etmiş aeronaviqasiya infrastrukturu sayəsində Azərbaycan aeronaviqasiya sahəsində son elmi nailiyyətləri özündə birləşdirən yeni texnologiyaların tətbiqi üzrə dünya liderlərindən biridir. Bunun nəticəsində ICAO və “Eurocontrol”un son tələblərinə uyğun olaraq uçuşların yüksək təhlükəsizlik səviyyəsi təmin olunur", - deyə Sabir İlyasov bildirib.

Azərbaycanın aeronaviqasiya sistemi əsas hava daşıyıcılarının diqqətini cəlb etmişdir. Bu gün “Azəraeronaviqasiya” Hava Hərəkəti İdarəsi ildə 80 mindən çox tranzit uçuşlara və hava limanlarında təxminən 40 min uçuşlara aeronaviqasiya xidməti göstərir", - deyə Sabir İlyasov bildirib.

Naibə QURBANOVA


Müəllif:

Oxşar xəbərlər