Gülənçilərin lideri və barəsində həbs qərarı çıxarılan Fətullah Gülənin 2014-cü ilin fevralın 16-da "insan haqlarını pozduğu üçün" Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğana qarşı açdığı təzminat iddiası rədd edilib.
Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, Ankara məhkəməsində keçirilən iclasda Ərdoğanın vəkili Burhanəddin Sevəncan, Gülənin vəkilləri Talha Aksoy və Mustafa Onur Aslay iştirak ediblər.
Gülənin vəkilləri iddianın ortaya çıxdığı vaxt Ərdoğanın baş nazir olduğunu və görünür, bu səbəbdən iddianın qəbul edilməyəcəyini irəli sürüblər.
Ərdoğanın vəkili Sevəncan isə Gülənin hüquq müdafiəçilərinin fikirlərini inkar edib.
Sonra məhkəmənin qərarı ilə Gülənin iddiası rədd edilib.
Samir