22 Dekabr 2015 17:34
492
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fövqəladə Hallar Nazirliyinin (FHN) qurumları tərəfindən dekabrın 22-də Bakı şəhəri, Tbilisi prospekti, 38 ünvanında yerləşən “Qafqaz” hotelində təlim keçirilib.

FHN-dən Teleqraf.com-a verilən məlumata görə, nazirliyin xilasetmə qurumlarının qüvvə və texnikaları cəlb edilməklə keçirilən təlimin məqsədi yanğın zamanı insanların təhlükəsizliyinin təmin edilməsi, bu sahədə nazirliyin qurumları arasında qarşılıqlı fəaliyyətin daha da gücləndirilməsi olub.

Təlim planına uyğun olaraq yanğının söndürülməsi və insanların təxliyə olunması üzrə əməliyyatlar uğurla yerinə yetirilib.

Naibə QURBANOVA


Müəllif:

Oxşar xəbərlər