31 Dekabr 2015 09:51
560
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyədə güclü qar yağması səbəbindən Bakı və İstanbul arasında iki aviareysin həyata keçirilməsi 2 saat gecikir.

Bu barədə Teleqraf.com-a Heydər Əliyev Beynəlxalq Hava Limanından bildiriblər. Hava limanından qeyd ediblər ki, İstanbuldan Bakıya aviareyslər 2 saat yubanır ki, bu da Türkiyə ərazisində müşahidə edilən əlverişsiz hava şəraiti ilə əlaqədardır.

Qeyd edək ki, aviareyslər Sabiha Gökçen adına İstanbul Beynəlxalq hava limanında və İstanbulun Atatürk hava limanında həyata keçirilir.

Türkiyə KİV-in məlumatına görə, ölkədə pis hava şəraiti ilə əlaqədar İstanbul məktəblərində tətil elan edilib.


Müəllif: