19 Yanvar 2016 00:08
503
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Bu gün qloballaşan dünyada gedən proseslər ölkəmizə də təsirsiz ötüşməyib. Azərbaycan dünyanın əsas enerji ölkələrindən biri və reğionun aparıcı dövləti olduğundan bu, gözlənilən idi. Burada təəccüblü heç nə yoxdur".

Teleqraf.com-un xəbərinə görə, bunu Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzinin sədri, politoloq Rufiz Qonaqov bildirib.

Onun sözlərinə görə, illər öncə dünyada yaranmış iqtisadi böhran ölkəmizdə əvvəlki illərdə nəzərəçarpacaq formada hiss olunmadı: "Ölkəmiz öz iqtisadi resursları və imkanları hesabına bunun öhdəsindən indiyədək gəlməyi bacardı. Yalnız 2015-ci ilin sonlarından etibarən neftin qiymətinin süni şəkildə 4 dəfədən artıq aşağı düşməsi nəticəsində dünyadakı iqtisadi böhranın təzahürləri Azərbaycanda da hiss edilməyə başladı .

Lakin bu gün Azərbaycan əvvəlki Azərbaycan deyildir. Azərbaycan bu gün iqtisadi imkanları yüksək olan, hərtərəfli ehtiyatları ,güclü və müstəqil siyasət aparan Prezidenti olan ölkədir!

İndiyədək olduğu kimi nə qədər çətin olsada , xalq və Prezidentin birliyi sayasində ölkəmiz bu çətinliklərin də öhdəsindən gələcək . Buna heç kimin şübhəsi olmasın. Yetərki , biz Prezidentimizlə bir olaq!..

Təəssüf ki, bu gün ölkəmizdəki müvəqqəti iqtisadi problemlərdən istifadə edərək , varlanmaq istəyən işbazlar, ayrı -ayrı monopolistlər, xarici ölkələrin əlində alətə çevrilmiş 5-ci kalonun nümayəndələri yenə də bu fürsətdən maksimum faydalanmaq istəyirlər. Ölkəmizdə sosial çətinliklər fonunda yenidən fəallaşan xarici qüvvələrin arzusu bu dəfə də ürəyində qalacaq.

Xalq-Prezident birliyi sayəsində Azərbaycana uzanmış əllər yenə də kəsiləcək! Ölkəmiz tezliklə güclü iqtisadi reformalar, qeyri-neft sektorunun inkişafı , monopolyanın aradan qaldırılması, azad biznesin və sahibkarlığın inkişaf etdirilməsi sayəsində yenidən iqtisadiyyatını gücləndirəcəkdir ! Azərbaycan Prezidenti cənab İlham Əliyevin hökumətin iclasındakı qətiyyətli və prinsipial çıxışı bunu bir daha sübut edir".


Müəllif: